Sadə tort
Qoz, şokolad və ya karamel — üçündən birini seçirsiniz. Çay süfrəsi və kiçik ad günləri üçün.
Ev şəraitində hazırlanır
Ad günü, nişan, xına — hansı gün olursa olsun, tortu istəyinizə görə hazırlayıram. Tərkibi də, bəzəyi də sizin seçiminizdir.
Şablon yoxdur. Şəklini göndərirsiniz, kəsim forması və bəzəyi ona görə hazırlanır.
Tərkibi özünüz seçirsiniz, təxmini məbləği elə saytda görürsünüz. Sonra sürpriz olmur.
Metro zonalarına sabit qiymət, digər ünvanlara taksi nə yazsa. Gəlib götürmə pulsuzdur.
Menyu
Qiymətlər 1 kiloqram üçündür və tərkibə görə dəyişir. Öz variantınızı aşağıdakı hesablayıcı ilə yığa bilərsiniz.
Menyuda görmədiyiniz tort? Şəkil göndərin — kəsim forması və dizaynı fərq etmir, hamısını hazırlaya bilirəm. Tərkib çox olduğu üçün hər variantı siyahıya yazmaq mümkün deyil.
Şəkil göndərİşlərim
Hər sifariş fərqli olur — bəzəyi, yazısı, forması sizin istəyinizə görə. Vitrini çevirin, bəyəndiyinizə toxunun.
Qiymət hesablayıcı
Əsas tortu seçin, əlavələri işarələyin, çəkini yazın. Təxmini qiymət dərhal görünür — sonra hazır sifarişi bir düymə ilə WhatsApp-a göndərirsiniz.

təxminən 12–16 nəfərlik
Qiymət təxminidir. Dəqiq məbləği sifarişi razılaşdırdıqdan sonra deyirəm.
Çatdırılma
Tort taksi ilə göndərilir. Metro zonalarına sabit qiymət, digər ünvanlara taksi nə yazsa — o qədər.
Vosmoy, 251 saylı məktəbin yanı. Sifariş hazır olanda WhatsApp-a yazıram, rahat vaxtınızda gəlirsiniz.
Aşağıdakı ərazilərə sabit qiymətlə çatdırılır:
Taksi nə qədər vursa, o qədər əlavə ödəniş. Sifarişdən əvvəl ünvanı yazın — təxmini məbləği dərhal deyim.
Əlaqə
Ağlınızda olan tortun şəklini göndərin — kəsim forması, rəngi, bəzəyi fərq etmir. Tərkibi və çəkini birlikdə dəqiqləşdirərik.